Rusiyada qidadan zəhərlənənlərin sayı 159-a yüksəlib - YENİLƏNİB
- 23 oktyabr, 2025
- 08:05
Ulan-Ude şəhərində (Buryatiya, Rusiya) "Vostok" şirkətinin hazır məhsullarından zəhərlənən şəxslərin sayı 159-a çatıb, onlardan 90-ı uşaqdır.
"Report" bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.
"23 oktyabr tarixinə olan məlumata görə, 159 hal qeydə alınıb, onlardan 90-ı uşaqdır. Xəstəxanada 82 nəfər stasionar müalicə alır, onlardan 51-i uşaqdır", - nazirlikdən bildirilib.
Ulan-Udedə (Buryatiya, Rusiya) hazır qidadan zəhərlənənlərin sayı 121-dən 145-ə qalxıb, 76 nəfər xəstəxanaya yerləşdirilib.
"Report"un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə "Rospotrebnadzor" idarəsindən bildirilib.
"Oktyabrın 22-si səhər saatlarına olan vəziyyətə əsasən, 145 hal qeydə alınıb, onlardan 79-u uşaqdır. 76 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 47-si uşaqdır", - qurumdan bildirilib.