Rusiyada qar uçqunu nəticəsində uşaq ölüb - YENİLƏNİB

Rusiyada qar uçqunu nəticəsində uşaq ölüb - YENİLƏNİB Rusiyada Murmansk vilayətinin Oleneqorsk rayonunda qar uçqunu olub
Region
22 Mart , 2021 22:05
Rusiyada qar uçqunu nəticəsində uşaq ölüb - YENİLƏNİB

Rusiyada Murmansk vilayətinin Oleneqorsk rayonunda baş verən qar uçqunu nəticəsində 2008-ci il təvəllüdlü uşaq ölüb.

Bu barədə “Report” “TASS”a istinadla xəbər verir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, digər 15 turistin ciddi tibbi yardıma ehtiyacı yoxdur. Fövqəladə hadisə yerinə kinoloji heyət, 18 xüsusi avadanlıq, 11 qar motosikleti də daxil olmaqla 53 xilasedici cəlb edilib.

Qeyd olunub ki, 16 nəfərdən ibarət olan turstik qrupun 13-ü yetkinlik yaşına çatmayanlardır.

Hadisə İmandra stansiyasından 5 km aralıqda, Murmansk vilayətinin xizək marşrutlarının keçdiyi Monçeqorsk və Oleneqorsk bölgələrinin sərhədində baş verib.

20:30

Rusiyada Murmansk vilayətinin Oleneqorsk rayonunda qar uçqunu olub, qarın altında on beş nəfərin qaldığı ehtimal edilir.

“Report” xəbər verir ki, bu barədə “TASS”a Oleneqorskun rəhbəri Oleq Samarski bildirib.

“İlkin məlumata görə, qarın altında 15 nəfərdən ibarət turist qrupu qalıb. Onların hansı yolla getdikləri hələ bəlli deyil. Xilasedicilər ərazidə işləyirlər”-deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi