Rusiyada neftçiləri daşıyan avtobus qəzaya uğrayıb, 3 nəfər ölüb, 10-u yaralanıb

Rusiyada neftçiləri daşıyan avtobus qəzaya uğrayıb, 3 nəfər ölüb, 10-u yaralanıb “Lukoyl-Perm” şirkətinin əməkdaşlarını aparan avtobus “KamAZ”la toqquşub
Region
15 Dekabr , 2016 11:44
Rusiyada neftçiləri daşıyan avtobus qəzaya uğrayıb, 3 nəfər ölüb, 10-u yaralanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiyanın Perm diyarında “Lukoyl-Perm” şirkətinin əməkdaşlarını daşıyan avtobusun “KamAZ”la toqquşması nəticəsində 3 neftçi ölüb, 10-u yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şirkətin təmsilçisi İrina Kuimova bildirib.

Onun sözlərinə görə, neftçiləri daşıyan avtobusda “Lukoyl-Perm”in 13 əməkdaşı olub. Şirkət rəsmisi deyib ki, qəza nəticəsində onlardan 3-ü hadisə yerində ölüb. 10 əməkdaş isə müxtəlif dərəcəli xəsarət alıb.

“KamAZ” sürücüsü də daxil olmaqla yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi