İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir.
Region
28 Aprel , 2024 11:30
İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzrə İstintaq Komitəsinin Şərq Regionlararası İdarəsindən bildirilib.

“<…> İrtış çayının akvatoriyasında göyərtəsində iki sərnişin olan motorlu qayığın sürücüsü gəmilərin durmasını təmin edən üzən konstruksiya ilə toqquşmaya yol açıb. Nəticədə gəminin sürücüsü və bir sərnişini ölüb”, – məlumatda deyilib.

Xilasedicilər gəminin ikinci sərnişininin yerini müəyyənləşdirirlər.

Son xəbərlər

Orphus sistemi