Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir

Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq.
Region
28 Aprel , 2024 13:27
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq.

"Report" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bildirib.

Məlumata görə, Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşmaq üzrədir və yaxın vaxtlarda Türkiyə tərəfinə göndəriləcək.

Marqara-Əlican keçid məntəqəsinə gəlincə, orada təmir işləri yekunlaşıb. Sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi