Qazaxıstan şirkəti Ukraynaya istismardan çıxarılmış qırıcıların satışını təkzib edib

Qazaxıstan şirkəti Ukraynaya istismardan çıxarılmış qırıcıların satışını təkzib edib Qazaxıstanın “Kazspetseksport” şirkəti istismardan çıxarılmış aviasiya texnikasının Ukraynaya satılması ilə bağlı məlumatı təkzib edib.
Region
28 Aprel , 2024 12:19
Qazaxıstan şirkəti Ukraynaya istismardan çıxarılmış qırıcıların satışını təkzib edib

Qazaxıstanın “Kazspetseksport” şirkəti istismardan çıxarılmış aviasiya texnikasının Ukraynaya satılması ilə bağlı məlumatı təkzib edib.

“Report” xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb.

Müəssisənin bəyanatında mediada yayılmış məlumatların həqiqətəuyğun olmadığı diqqətə çatdırılıb. Şirkət həmçinin qeyd edib ki, aviasiya texnikasının satışı üzrə bütün tenderlər qanunvericiliyə uyğun keçirilib. “Xarici şirkətlərin tenderə buraxılmasına icazə verilməyib”.

Şirkət vurğulayıb ki, istismardan çıxarılmış bütün avadanlıqlar ləğv edilərək müəssisə ərazisindən yalnız əlvan metal qırıntıları şəklində çıxarılır.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Kazspetseksport”un sonradan Ukrayna ordusuna təhvil verilməsi üçün fiziki şəxsə 117 ədəd istismardan çıxarılmış hərbi təyyarə satdığına dair materiallar dərc edilmişdi.

Son xəbərlər

Orphus sistemi