Rusiyada keçirilən aksiyalarda 1300-dən çox etirazçı saxlanılıb

Region
  • 05 may, 2018
  • 20:19
Rusiyada keçirilən aksiyalarda 1300-dən çox etirazçı saxlanılıb

Bakı. 6 may. REPORT.AZ/ Rusiyada keçirilən razılaşdırılmamış aksiyalarda 1300-dən çox etirazçı saxlanılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 19:00-dək ölkənin 21 şəhərində 1348 nəfər saxlanılıb.

Aksiyaçılar ən çox Moskvada (592 nəfər), Çelyabinskdə (164 nəfər) və Sankt-Peterburqda (112 nəfər) saxlanılıblar.

Rusiyanın Daxili İşlər Nazirliyinin Baş İdarəsindən bildirilib ki, saxlanılanlar məsuliyyətə cəlb ediləcək. Moskva meriyası mayın 5-də aksiyanı Saxarova prospektində keçirməyi təklif edib. Lakin təşkilatçılardan biri – Aleksey Navalnıy tərəfdarlarını Tversk küçəsində razılaşdırılmamış aksiyaya çıxmağa çağırıb.