Rusiyada hərbi poliqonda partlayış olub, ölən və yaralananlar var

Region
  • 07 sentyabr, 2017
  • 12:55
Rusiyada hərbi poliqonda partlayış olub, ölən və yaralananlar var
РИА Новости / Алексей Даничев

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiyanın Leninqrad vilayətində yerləşən poliqonda baş verən partlayış nəticəsində bir hərbçi ölüb, beşi yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qərb Hərbi Dairəsinin (QHD) Mətbuat xidmətindən bildiriblər.

Hadisə tankdan planlaşdırılan atışlar zamanı baş verib. Mərmilərdən biri yerə toxunduqdan sonra istiqamətini dəyişib və mühəndis təminatı qrupunun altı hərbçisinin olduğu sığınacağın yaxınlığında partlayıb.

Məlumata görə, xəsarət alan hərbçilərin hamısı dərhal xəstəxanalara çatdırılıb, onlara tibbi yardım göstərilir. Hadisə yerində QHD-nin komissiyası işləyir.

44 filmi