Rusiyada dəmiryolunda partlayış törədilib
Region
- 01 may, 2023
- 08:56
Rusiyanın Bryansk vilayətində dəmir yolunda törədilən partlayış nəticəsində yük qatarı relsdən çıxıb.
“Report” RBK-ya istinadən xəbər verir ki, bunu vilayətin qubernatoru Aleksandr Boqomaz bildirib.
Onun sözlərinə görə, bölgənin Uneçski rayonunda, Bryansk-Uneça dəmir yolunun 136-cı km-də naməlum partlayıcı qurğu işə düşüb. Nəticədə yük qatarının lokomotivi relsdən çıxıb: “Ölən və yaralananlar olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir”.
Bildirilib ki, relsdən çıxan 60 vaqondan ibarət qatar neft məhsulları və taxta-şalban daşıyırmış.
Rusiya Dəmir Yolları şirkəti hələ ki hadisəni şərh etməyib.
Son xəbərlər
07:04
Türkiyədə bara edilən silahlı hücumda iki nəfər ölüb, üç nəfər yaralanıb
Region06:35
İsrail Tehranın mərkəzinə genişmiqyaslı hücumları başa çatdırıb
Digər ölkələr06:10
Tramp ABŞ-nin İranla müharibədə tam qələbə qazandığını elan edib
Digər ölkələr05:53
Hörmüz boğazında hücuma məruz qalan yük gəmisi saya oturub
Digər ölkələr05:19
Aİ Rusiyadan nüvə yanacağına qoyulan qadağanı yenidən nəzərdən keçirməyəcək
Digər ölkələr04:48
Meksika körfəzində sızmadan sonra 400 tondan çox neft toplanıb
Digər ölkələr04:26
SEPAH İsrailə və ABŞ-nin regiondakı hərbi bazalarına zərbələr endirib
Region03:33
İlk dəfə ABŞ dollarının üzərində vəzifədəki prezidentin imzası olacaq
Digər ölkələr03:06