Rusiyada COVID-19-a yoluxanların sayı 700 mini ötdü

Rusiyada COVID-19-a yoluxanların sayı 700 mini ötdü Son sutkada 173 nəfər koronavirusdan ölüb və COVID-19 qurbanlarının sayı 10 667 nəfərə yüksəlib
Region
8 İyul , 2020 11:54
Rusiyada COVID-19-a yoluxanların sayı 700 mini ötdü

Rusiyada son sutka ərzində koronavirusa 6  562 yeni yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan bildirilib. 

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 700 792 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 173 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 10 667 nəfərə yüksəlib.

Ümumilikdə isə 472 511 pasiyent koronavirusdan sağalıb.

Son xəbərlər

Orphus sistemi