Rusiya Paşinyanı ölkələrin sülh təşəbbüslərinə hörmətlə yanaşmağa çağırıb

Rusiya Paşinyanı ölkələrin sülh təşəbbüslərinə hörmətlə yanaşmağa çağırıb Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanı Cənubi Qafqazda sülh uğrunda canları bahasına mübarizə aparanlara hörmətlə yanaşmağa çağırıb.
Region
11 Sentyabr , 2024 17:46
Rusiya Paşinyanı ölkələrin sülh təşəbbüslərinə hörmətlə yanaşmağa çağırıb

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanı Cənubi Qafqazda sülh uğrunda canları bahasına mübarizə aparanlara hörmətlə yanaşmağa çağırıb.

"Report" xəbər verir ki, bunu M.Zaxarova Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası və Paşinyanın sənədin mətnini təhrif etdiyi son bəyanatları ilə bağlı “News.ru”nun sualını cavablandırarkən bildirib.

“Sənədlər sehrli bir çubuqla deyil, insanlar tərəfindən həyata keçirilir, onlar yazılanların gerçəkləşməsi üçün yalnız vaxt deyil, bəzən həyatlarını qurban verirlər. Ona görə də mənə elə gəlir ki, sənədlərə sitat gətirməyə belə qeyri-ciddi, hətta məsuliyyətsiz yanaşmaq olmaz”, - o deyib.

M.Zaxarova onu da vurğulayıb ki, regionda sülh və sabitliyə nail olmaq üçün müvafiq sənədlərin müddəalarını hazırlayanların səylərinə hörmətlə yanaşmaq lazımdır: “Ən başlıcası budur ki, məsuliyyətli siyasətçilər mürəkkəb tarixi proses nəticəsində hazırlanmış sənədlərə qarşı məsuliyyətsiz yanaşmasınlar”.

Son xəbərlər

Orphus sistemi