Rusiya XİN: Aİ-dən Cənubi Qafqazda sabitliyi pozmaqdan başqa nəsə gözləmək lazım deyil

Rusiya XİN: Aİ-dən Cənubi Qafqazda sabitliyi pozmaqdan başqa nəsə gözləmək lazım deyil Rusiya dəfələrlə Avropa İttifaqının (Aİ) Ermənistanda “yarımhərbi” mövcudluğunun qarşıdurma mahiyyətini şərh edib.
Region
7 İyun , 2024 13:10
Rusiya XİN: Aİ-dən Cənubi Qafqazda sabitliyi pozmaqdan başqa nəsə gözləmək lazım deyil

Rusiya dəfələrlə Avropa İttifaqının (Aİ) Ermənistanda “yarımhərbi” mövcudluğunun qarşıdurma mahiyyətini şərh edib.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, bunun sübutu göz qabağındadır:

“Bu missiyanın anti-Rusiya, anti-Azərbaycan və anti-İran məqsədləri getdikcə daha aydın görünür. Üstəlik, NATO ölkələri ona qoşulmağa başlayanda hər şey aydın olub”.

M.Zaxarova qeyd edib ki, Aİ-dən hərbi-siyasi baxımdan sabitliyinin pozulması və regionun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək lazım deyil:

“Əminik ki, bu gün Cənubi Qafqazın qarşısında duran bütün aktual məsələlər regional dövlətlərin kollektiv səyləri əsasında, kənar müdaxilələr olmadan həll edilməlidir və bunu etmək mümkündür”.

Son xəbərlər

Orphus sistemi