Rusiya və BƏƏ prezidentləri İran-İsrail münaqişəsinin gərginləşməsini müzakirə ediblər
Region
- 18 iyun, 2025
- 15:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya və BƏƏ prezidentləri Vladimir Putin və Məhəmməd bin Zayed Al Nəhyan telefon danışığı zamanı İran və İsrail arasındakı münaqişənin gərginləşməsini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Prezidentlər münaqişənin gərginləşməsindən narahatlıqlarını ifadə edərək, döyüş əməliyyatlarının dayandırılmasının və İranın nüvə proqramı ilə bağlı məsələlərin həllinin aktivləşdirilməsinin vacibliyini vurğulayıblar.
V.Putin qeyd edib ki, Rusiya İran və İsrail arasında dialoqun aparılmasına vasitəçilik etməyə hazırdır.
Bildirilib ki, dövlət başçıları Rusiya-BƏƏ əməkdaşlığının yüksək səviyyəsindən məmnunluqlarını ifadə ediblər.
Son xəbərlər
16:45
İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam
Xarici siyasət
16:26
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib
Futbol
16:17
Çinin şimal-qərbində 5,6 maqnitudalı zəlzələ olub
Digər ölkələr
16:17
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya
16:17
Zelenski: NATO-da olacayıq və yox demək hələ tezdir
Region
16:11
Koşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib
Digər ölkələr
16:06
Azərbaycan Basketbol Liqası: Təxirə salınmış matçda "Sabah" qələbə qazanıb
Komanda
15:54
Azərbaycan-Vyetnam münasibətləri: tarixi dostluqdan institusional strateji tərəfdaşlığa - Rəy
Daxili siyasət
15:47
Foto
Biləsuvarda 6-cı "Hindquşu – Mətbəx Festivalı" keçirilib
Mədəniyyət