Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Taciksitana səfər edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, Düşənbədə ölkə prezidenti İmaməli Rəhmanla görüşüb.
Tərəflər Şanxay Əməkdaşlığı Təşkilatı məkanında regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, son məlumatlara görə, “Taliban” hərəkatı Əfqanıstanın Kunduz əyalətində Tacikistanla əsas sərhəd keçid məntəqəsi olan Şir Xan Bəndəri ələ keçirib.
Xatırladaq ki, Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin illik 16-cı görüşü keçirilib. Rusiya Təhlükəsizlik Şurasının katibi N. Patruşev tədbirdə iştirak etmək məqsədi ilə iyunun 22-də Tacikistana səfər edib.
Rusiya, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan ŞƏT-in üzvləri, Belarus, Əfqanstan, İran və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka isə ŞƏT-lə tərəfdaşlıq dialoqu aparan dövlətlərdir.