Estoniya XİN başçısı: Rusiya ilə sərhədin bağlanması zərurətdən irəli gəlib

Xarici siyasət
  • 27 noyabr, 2026
  • 12:59
Estoniya XİN başçısı: Rusiya ilə sərhədin bağlanması zərurətdən irəli gəlib

Estoniya Rusiya ilə sərhədi bağlamaq istəməzdi, lakin bu, zərurətdən irəli gəlib.

"Report" xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Bakıda Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkə bu qərarı Avropanın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab edir.

"Bu qərar bizi sevindirmir, lakin biz reaksiya verməli və Avropanın təhlükəsizliyinin təmin olunması üzərində işləməliyik. Bu baxımdan Azərbaycandan öyrənəcəyimiz çox şey var: necə qətiyyətlə hərəkət etmək və asayişin qorunmasının zəruriliyi barədə bütün regiona hansı mesajı göndərmək lazımdır", - o qeyd edib.

Xəbər yenilənir