"Atletiko"nun futbolçusu Aleksandr Sörlot iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Futbol
  • 27 noyabr, 2026
  • 13:37
Atletikonun futbolçusu Aleksandr Sörlot iki həftə yaşıl meydanlardan kənarda qalacaq

İspaniyanın "Atletiko" klubunun futbolçusu Aleksandr Sörlot Madrid təmsilçisinin qarşıdakı oyunlarını buraxacaq.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 30 yaşlı hücumçu zədə səbəbindən ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Forvard Norveç təmsilçisi "Vikinq"ə qalib gəldikləri (2:0) UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda xəsarət alıb.

Xatırladaq ki, Aleksandr Sörlot cari mövsüm səkkiz qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.