“Taliban” Əfqanıstan-Tacikistan sərhədinin əsas keçid məntəqəsini ələ keçirdi

“Taliban” Əfqanıstan-Tacikistan sərhədinin əsas keçid məntəqəsini ələ keçirdi "Taliban" radikal hərəkatının silahlıları Qunduz əyalətində Əfqanıstanla Tacikistan arasındakı əsas sərhəd keçid məntəqəsi olan Şer Xan Bandarı ələ keçiriblər.
Digər ölkələr
23 İyun , 2021 04:20
“Taliban” Əfqanıstan-Tacikistan sərhədinin əsas keçid məntəqəsini ələ keçirdi

"Taliban" radikal hərəkatının silahlıları Qunduz əyalətində Əfqanıstanla Tacikistan arasındakı əsas sərhəd keçid məntəqəsi olan Şer Xan Bandarı ələ keçiriblər.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı bildirib.

"Təəssüf ki, bu səhər bir saatlıq döyüşdən sonra “taliblər” Şir Van limanını, şəhəri və Tacikistanla bütün sərhəd postlarını tutdular", - əyalət şurasının üzvü Xaliddin Xakmi bildirib.

"Taliban" nümayəndəsi sərhəd keçid məntəqəsinin tutulması haqqında informasiyanı təsdiqləyib. Telekanalın məlumatına görə, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bir sıra xidmətçiləri öz postlarını tərk ediblər və sərhəd vasitəsilə qaçıblar.

"Al Jazeera" həmçinin qeyd edib ki, Şir Xan Bandarın tutulması "Taliban"ın ABŞ-ın öz qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərarından sonra əməliyyatlarını aktivləşdirməsi anından ən əhəmiyyətli nailiyyəti olub.

Son xəbərlər

Orphus sistemi