Rusiya Müdafiə Nazirliyinin təyyarəsi qəzaya uğrayıb, pilot ölüb - YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyinin təyyarəsi qəzaya uğrayıb, pilot ölüb - YENİLƏNİB Rusiya Müdafiə Nazirliyinin təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
Region
23 Fevral , 2023 12:50
Rusiya Müdafiə Nazirliyinin təyyarəsi qəzaya uğrayıb, pilot ölüb - YENİLƏNİB

Rusiyanın Belqorod vilayətinin Valuy şəhər dairəsində Müdafiə Nazirliyinin “Su-25” təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb. 

“Report” xəbər verir ki, məlumatı “Mash” yayıb. 

Bildirilib ki, pilot katapult edərkən yaralanıb və aldığı xəsarətdən ölüb.

İlkin məlumata əsasən, qırıcı texniki cəhətdən nasaz olduğu üçün idaretməni itirib. 

Hadisə ilə bağlı araşdırma davam edir.

12:10

Rusiya Müdafiə Nazirliyinin təyyarəsi ölkənin Belqorod vilayətində qəzaya uğrayıb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Qeyd olunub ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.

O, qəzanın səbəbinin araşdırıldığını söyləyib.

Qubernator bildirib ki, hazırda hadisə yerində istintaq qrupu və ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi