Ermənistan, Rusiya tərəfdən “Yuxarı Lars” Nəzarət Buraxılış Məntəqəsindən yüklərinin qəbul edilmədiyi üçün Avrasiya İqtisadi İttifaqının (Aİİ) növbədənkənar toplantısını çağırıb.
“Report” TASSa istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.
"Biz Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən dərc edilmiş materialları götürmüşük. Onları ararşdırırıq”, nazir qeyd edib.
Onun sözlərinə görə, Ermənistan məhsullarının Rusiya Federasiyasında mövcud standartlara nə qədər uyğun gəlmədiyini araşdırır: “Qəribədir ki, bütün il ərzində cəmi 35 avtomobil, sonra isə iki gündə isə 35 avtomobil geri qaytarılır”.
O qeyd edib ki, bu müddət ərzində məhsulun keyfiyyəti dəyişməyib: “Bu məsələlərə aydınlıq gətirilməsi üçün 2 gün ərzində Aİİ-nin təcili müşavirəsinin çağırırıq”.