Rusiya "Kaan" qırıcıları ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib
Region
- 21 fevral, 2024
- 05:27
Rusiya beşinci nəsil qırıcı - “Kaan” ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib.
“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov deyib.
O söyləyib ki, Moskva əməkdaşlığa hazırdır: “Hərbi və texniki əməkdaşlığı gücləndirmək istəyirik. Əvvəllər də təkliflərimiz olub. Bu təyyarələrlə bağlı birgə istehsal barədə rəsmi qurumlar və şirkətlər arasında müxtəlif səviyyələrdə işlər görüldü. Müvafiq şirkətlər və qurumlar birlikdə işləməyə hazır olduqlarını bildiriblər”.
Qeyd edək ki, daha əvvəl Ukrayna da “Kaan”la bağlı Türkiyəyə müraciət etmişdi.
Xatırladaq ki, “Kaan” Türkiyənin milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.
Son xəbərlər
12:12
Azərbaycan XİN Keniyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət12:07
Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən xaric ediləcək
Daxili siyasət12:05
Özbəkistan 2027-ci ili "Preventiv diplomatiya ili" elan etməyi planlaşdırır
Region11:59
ADB Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
İnfrastruktur11:53
"İnter Mayami" Luis Suaresi komandada saxlamağı düşünür
Futbol11:47
Foto
Video
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib
Daxili siyasət11:43
"Meydan TV" işi ilə bağlı həbs edilən şəxslərin məhkəməsi keçirilir
Hadisə11:43
ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
Energetika11:40