Rusiya FTX-nin helikopteri qəzaya uğrayıb

Rusiya FTX-nin helikopteri qəzaya uğrayıb Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin aviasiya dəstəsinin “Ka-27” helikopteri Şərqi Arktika ərazisində qəzaya uğrayıb.
Region
24 Sentyabr , 2021 12:34
Rusiya FTX-nin helikopteri qəzaya uğrayıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin aviasiya dəstəsinin qəzaya uğrayan “Ka-27” helikopterinin göyərtəsindəkilərin hamısı ölüb. 

“Report” xəbər verir ki, məlumatı TASS yayıb. 

Bildirilib ki, hadisə Kamçatka ərazisində olub.

09:52

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin aviasiya dəstəsinin “Ka-27” helikopteri Şərqi Arktika ərazisində qəzaya uğrayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.

Bildirilib ki, helikopterin göyərtəsində 5 nəfərdən ibarət ekipaj olub.

Məlumata görə, radarlardan itən helikopter Yelizovsk rayonunun Nikolayevka yaşayış məntəqəsindən 10 km şimal-qərbdə aşkarlanıb.

Helikopterin axtarışında 13 nəfər və 3 texnika iştirak edib.

Son xəbərlər

Orphus sistemi