Moskva Şəhər Məhkəməsi tərəfindən 15 il azadlıqdan məhrum edilən ABŞ vətəndaşı Yevgeni (Cin) Spektor Rusiya sakinlərinin genetik skrininq sisteminin yaradılması məqsədilə Pentaqon üçün məlumatlar toplayırdı.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
"Moskva Şəhər Məhkəməsinin qərarı ilə ABŞ vətəndaşı Spektor Yevgeni Mironoviç Rusiya Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib.
Amerikalı Pentaqonun və onunla əlaqəli kommersiya təşkilatının maraqları naminə hərəkət edərək, sonradan ABŞ tərəfindən Rusiya əhalisinin yüksək sürətli genetik skrininq sisteminin yaradılması üçün biotexnoloji və biotibbi mövzularda dövlət sirri təşkil edən müxtəlif məlumatları toplayaraq xarici tərəfə ötürüb", - məlumatda bildirilib.