Rusiya Dövlət Duması iki deputatın mandatından məhrum edilməsinə baxacaq

Region
  • 30 oktyabr, 2023
  • 19:14
Rusiya Dövlət Duması iki deputatın mandatından məhrum edilməsinə baxacaq

Rusiya Dövlət Dumasının Etika və Mandat Məsələləri Komissiyası çərşənbə axşamı keçiriləcək iclasında Vasili Vlasov və Vadim Belousovun deputat səlahiyyətlərindən məhrum edilməsi məsələsinə baxacaq.

Bu barədə “Report” “İnterfax”a istinadən xəbər verir.

Etika Komissiyasının üzvü, deputat Nikolay Kolomeytsev bildirib ki, söhbət deputatların Dövlət Dumasının və komitələrinin iclaslarında uzun müddət iştirak etməməsindən gedir.

Senatorun və Dövlət Dumasının deputatının statusu haqqında qanunun 4-cü maddəsinə əsasən, deputat öz vəzifələrini 30 və daha çox təqvim günü ərzində yerinə yetirmədikdə, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər.