Rusiyanın Böyük Britaniyaya qarşı tətbiq etdiyi şəxsi sanksiyalar siyahısına xarici işlər naziri Ceyms Kleverli, Baş Qərargah rəisi Patrik Sandersin də adı daxil edilib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, bu ilin yanvarında Böyük Britaniyanın anti-Rusiya kursunu davam etdirməsi ilə əlaqədar bu ölkənin hökumətinin bir sıra üzvlərinin, hüquq-mühafizə orqanlarının və Böyük Britaniyanın jurnalist korpusunun nümayəndələrinin əlavə olaraq Rusiyanın “stop siyahısı”na daxil edilməsi qərara alınıb.
M.Zaxarova qeyd edib ki, bu siyahıya Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli, Regionların sosial-iqtisadi inkişafı, mənzil, icma və yerli idarəetmə naziri Maykl Qov, Lankaster Hersoqluğunun Kansleri Oliver Douden, Baş Qərargah rəisi Patrik Sanders, Britaniya Silahlı Qüvvələrinin Strateji Komandanlığı və Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbərliyinin nümayəndələri daxil edilib.