Robert Köçəryan Serj Sarqsyanın torpaq satışı ilə bağlı cinayət işi üzrə şahid qismində çıxış edir
Region
- 22 oktyabr, 2025
- 17:59
Ermənistanın üçüncü prezidenti Robert Köçəryan sələfi Serj Sarqsyanın cinayət işi üzrə şahid qismində çıxış edir.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu prokuror Qorik Hovakimyan məhkəmə iclasında bildirib.
Söhbət "Yerablur" hərbi panteonunun yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı cinayət işindən gedir. Araşdırma predmeti olan sövdələşmə 2005-ci ildə, Köçəryanın prezident, Sarqsyanın isə müdafiə naziri olduğu dövrdə bağlanıb. Torpaqlar Müdafiə Nazirliyinin balansında olub.
Prokuror bildirib ki, istintaq məlumatına əsasən, sövdələşmə ilə əlaqəsi olan Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın və Serj Sarqsyanın keçmiş mühafizə rəisi Vaçaqan Kazaryanın da şahid kimi çağırılması planlaşdırılır.
Son xəbərlər
18:41
Foto
Malayziyanın Baş naziri Türkiyədə rəsmi səfərdədir
Region18:40
ABŞ Silahlı Qüvvələri daha bir tankeri saxlayıb
Digər ölkələr18:35
Saray qəsəbəsində 2-ci sinif şagirdi dəm qazından boğularaq ölüb
Hadisə18:30
Finlandiya sualtı kabelin zədələnməsi işi çərçivəsində quru yük gəmisini saxlayıb
Digər ölkələr18:28
"İmişli" futbolçusunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verib
Futbol18:18
Foto
Biləcəridə iki küçənin kəsişməsində yol hərəkəti yenidən təşkil olunub
İnfrastruktur18:09
"Qəbələ" nigeriyalı hücumçunun transferini açıqlayıb
Futbol18:08
OPEC 4 ölkənin yüksək hasilata görə yenilənmiş kompensasiya planlarını təqdim edib
Energetika18:03