Rişi Sunak: "Böyük Britaniya Ukraynanı zəruri olduğu müddətcə dəstəkləyəcək"

Rişi Sunak: "Böyük Britaniya Ukraynanı zəruri olduğu müddətcə dəstəkləyəcək" Böyük Britaniyanın Baş naziri Rişi Sunak Birləşmiş Krallığın Ukraynanı zəruri olduğu müddətcə dəstəkləyəcəyini bildirib.
Region
12 Yanvar , 2024 20:35
Rişi Sunak: Böyük Britaniya Ukraynanı zəruri olduğu müddətcə dəstəkləyəcək

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Birləşmiş Krallığın Ukraynanı zəruri olduğu müddətcə dəstəkləyəcəyini bildirib.

"Report"un Şərqi Avropa bürosunun Birləşmiş Krallığın Baş naziri Rişi Sunak ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevdə keçirdiyi birgə mətbuat konfransında olan əməkdaşının verdiyi məlumata görə, bu barədə Birləşmiş Krallığın hökumət başçısı açıqlayıb.

"Kiyevdən Britaniya xalqı və dünyadakı müttəfiqləri adından Ukraynanın tək olmadığını bəyan edirəm. Ukrayna heç vaxt tək olmayacaq. Rusiya lideri bizə qarşı daha çox tab gətirə biləcəyini düşünə bilər, amma yanılır. Biz bu gün, sabah və nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq, hərtərəfli dəstəkləyəcəyik. Bu müharibə Ukraynanın özünümüdafiə və öz gələcəyini təyin etmək hüququdur. Ukrayna xalqının tarixi seçimi Avropanın ürəyində müstəqil demokratik dövlət olmaqdır", - R.Sunak qeyd edib.

Son xəbərlər

Orphus sistemi