Qrossi: Buşehr AES, Fordo zavodu və İsfahandakı nüvə obyekti zərbələrdən zərər görməyib - YENİLƏNİB

Region
  • 13 iyun, 2025
  • 11:06
Qrossi: Buşehr AES, Fordo zavodu və İsfahandakı nüvə obyekti zərbələrdən zərər görməyib - YENİLƏNİB

Fordodakı uran zənginləşdirmə zavodu (Qum şəhəri yaxınlığında yerləşən İran yeraltı zavodu) İsrail HHQ-nin zərbələri nəticəsində zərər görməyib.

"Report"un məlumatına görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Hazırkı mərhələdə Fordodakı yanacaq zənginləşdirmə zavodu zərər görməyib", - o yazıb.

Bundan əlavə, R.Qrossi qeyd edib ki, İsfahandakı nüvə obyekti də zərər görməyib: "İran hakimiyyəti ilə əlavə əlaqələr təsdiqləyir ki, İsfahandakı nüvə obyekti zərər görməyib".

09:38

İran hökuməti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) Buşehr Atom Elektrik Stansiyasına (AES) hücum edilmədiyini və Natanzdakı obyektdə radiasiya artımının müşahidə olunmadığını bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə AEBA-nın rəhbəri Rafael Qrossi bəyan edib.

"İran hökuməti AEBA-ya Buşehr AES-in hücuma məruz qalmadığını və Natanz obyektində radiasiya səviyyəsinin artmasının müşahidə edilmədiyini bildirib", - o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti