Qazaxıstan baş nazirinin müavini: Hazırda təyyarə qəzasında 38 nəfərin öldüyü məlumdur

Qazaxıstan baş nazirinin müavini: Hazırda təyyarə qəzasında 38 nəfərin öldüyü məlumdur Hazırda Aktauda olan Qazaxıstan baş nazirin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb.
Region
25 Dekabr , 2024 19:35
Qazaxıstan baş nazirinin müavini: Hazırda təyyarə qəzasında 38 nəfərin öldüyü məlumdur

Hazırda Aktauda olan Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb.

“Report” xəbər verir ki, o, hazırda 38 ölüm faktının məlum olduğunu bildirib.

“Vəziyyət o qədər də yaxşı deyil, 38 nəfər ölüb”, - Bozumbayev Aktauda Azərbaycan nümayəndə heyətinin nümayəndələri ilə görüşdə deyib.

O vurğulayıb ki, ölənlərin meyitlərinin tanınması üçün müvafiq ekspertizalar təyin olunacaq.

Bozumbayev zərərçəkənlərin müalicəsi üçün bütün lazımi dərman preparatlarının olduğunu, həmçinin Astanadan ən yaxşı həkimlərin olduğu təcili tibbi yardım təyyarəsinin göndərildiyini Azərbaycan nümayəndə heyətinin diqqətinə çatdırıb.

Baş nazirin müavini əlavə edib ki, sağ qalanlar arasında Qazaxıstan vətəndaşı yoxdur.

“Şəxsiyyəti müəyyən edilməmiş bir qadın var. O, xəstəxanada huşsuz vəziyyətdədir. Sağ qalan 29 nəfər arasında heç bir Qazaxıstan vətəndaşı yoxdur”, - Bozumbayev söyləyib.

Onun sözlərinə görə, insidentlə bağlı istintaq Qazaxıstan Baş Prokurorluğunun nəzarəti altında aparılır:

“İnsident bizim ərazimizdə baş verib, odur ki, hadisənin istintaqı Qazaxıstan Baş Prokurorluğun nəzarətindədir. Həmçinin Daxili İşlər Nazirliyi, aviasiya orqanları tərəfindən də istintaq aparılır. Hadisə yerində azərbaycanlı həmkarlarımız da var, onlar da istintaqın gedişində iştirak edəcəklər”.

Son xəbərlər

Orphus sistemi