Putin Xəzərin hüquqi statusuna dair Konvensiyanı Dumanın ratifikasiyasına təqdim edib

Putin Xəzərin hüquqi statusuna dair Konvensiyanı Dumanın ratifikasiyasına təqdim edib Rusiya prezidenti Vladimir Putin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiq edilməsi üçün Dövlət Dumasına təqdim edib.
Region
30 İyul , 2019 21:27
Putin Xəzərin hüquqi statusuna dair Konvensiyanı Dumanın ratifikasiyasına təqdim edib

Rusiya prezidenti Vladimir Putin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiq edilməsi üçün Dövlət Dumasına təqdim edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının elektron məlumat bazasında qeyd olunub.

Konvensiyada Xəzər dənizinin su hövzəsindən kollektiv istifadə qaydaları və nəqliyyat rejimi, ərazi suları və balıq ovu zonalarının sərhədlərinin müəyyənləşdirilməsi, Xəzər dənizinin dibinin və yeraltı sularının sektorlara ayrılması, sualtı kabellərin və boru kəmərlərinin çəkilməsinin şərtləri və sahil dövlətləri arasında əməkdaşlığın digər məsələlərini müəyyənləşdirən müddəalar mövcuddur", - deyə müvafiq qanun layihəsinə izahedici qeyddə bildirilir.

Konvensiya 12 avqust 2018-ci il tarixində Aktau şəhərində imzalanıb.

Son xəbərlər

Orphus sistemi