Priqojin Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq təklifini qəbul edib

Priqojin Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq təklifini qəbul edib “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Region
24 İyun , 2023 21:20
Priqojin Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq təklifini qəbul edib

“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Belarusun teleqram kanalları məlumat yayıb.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.

Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.

Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.

TASS-ın məlumatına görə, Rostov vilayətinə Krasnodar və Stavropol diyarlarından, Volqoqrad və Voronej vilayətlərindən giriş məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi