Paşinyanın avtomobilinə yumurta atan etirazçı: Nikol, sən satqınsan, istefa ver
Region
- 30 noyabr, 2020
- 02:43
Ermənistan vətəndaşlarından biri ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinə yumurta atıb.
Bu barədə “Report” “Mediaport” teleqram kanalına istinadən bildirir.
Qeyd edilir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs polislərə bildirib ki, bu hərəkəti ilə baş nazir Nikol Paşinyanın satqınlığı ilə razılaşmadığını ifadə edib və onun təcili istefasını tələb edir.
Hadisə ilə bağlı açıqlama verən Ermənistan polisi Paşinyana yumurta atmış şəxsin buraxıldığını qeyd edib.
Qeyd edək ki, son günlər Ermənistanda artan kütləvi etirazlarla əlaqədar Paşinyanın şəxsi mühafizəsi gücləndirilib, cangüdənlərin sayı artırılıb. Bununla yanaşı, baş nazirin kortecinin hərəkət etdiyi küçələr bağlanır.
Son xəbərlər
14:47
Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək
İnfrastruktur14:41
Azərbaycan "Google" ilə "bulud" innovasiya laboratoriyalarının qurulmasını müzakirə edib
İKT14:41
Elçin Əmirbəyov Brüsseldə mina problemi və regional nəqliyyat layihələri haqqında məlumat verib
Xarici siyasət14:39
Sabah Coratda 650 abonentin qazı kəsiləcək
Energetika14:32
Foto
Video
Zərdabda iki nəfərin öldüyü qəzada xəsarət alanların diaqnozları məlum olub - YENİLƏNİB-3
Hadisə14:29
İranlı qrossmeyster: "Vüqar Həşimov Memorialında top-şahmatçılar iştirak edir"
Fərdi14:25
Səfir: Kişineu və Bakı arasında münasibətlər siyasi tərəfdaşlıq səviyyəsinə yüksəlib
Xarici siyasət14:24
"Birbank Star" – xərcləməyi rahatlaşdıran kredit kartı
Maliyyə14:20