Paşinyan xaç atasını qubernator təyin edib

Region
  • 11 yanvar, 2024
  • 07:33
Paşinyan xaç atasını qubernator təyin edib

Ermənistanın baş naziri Nikol Paşinyanın xaç atası David Xudatyan Armavir vilayətinin qubernatoru təyin edilib.

“Report” Ermənistan KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.

D.Xudatyan buna qədər maliyyə sektorunda (“Finca” və “Mogo” kredit şirkətlərində) çalışıb. O, 2018-ci ilin oktyabrında isə Armavir şəhərinin meri seçilmişdi.