Paşinyan: Rusiyaya ziyan vurmaq məqsədimiz yoxdur, qarşı tərəfdən oxşar yanaşma gözləyirik

Region
  • 26 noyabr, 2026
  • 13:02
Paşinyan: Rusiyaya ziyan vurmaq məqsədimiz yoxdur, qarşı tərəfdən oxşar yanaşma gözləyirik

Ermənistanın Rusiyaya ziyan vurmaq arzusu və məqsədi yoxdur, İrəvan Moskvadan oxşar yanaşma gözləyir.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda jurnalistlər üçün keçirilən brifinqdə Rusiyaya qarşıdakı səfərini şərh edərkən bildirib.

"Bizim Rusiyaya ziyan vurmaq kimi nə arzumuz, niyyətimiz, məqsədimiz var. Eyni addımı Rusiyadan gözləyirik. Biz təbii ki, Rusiyanın suverenliyinə, maraqlarına hörmət edirik. Lakin öz suverenliyimizə, maraqlarımıza da hörmət edirik", - o vurğulayıb.

Xəbər yenilənir