Paşinyan: “Regionda sülh Ermənistanın müstəqilliyini təmin edən amildir”

Paşinyan: “Regionda sülh Ermənistanın müstəqilliyini təmin edən amildir” “Regionda sülh Ermənistanın təhlükəsizliyini, o cümlədən müstəqilliyini və suverenliyini təmin edən amildir”.
Region
21 Sentyabr , 2023 13:25
Paşinyan: “Regionda sülh Ermənistanın müstəqilliyini təmin edən amildir”
Nikol Paşinyan

“Regionda sülh Ermənistanın təhlükəsizliyini, o cümlədən müstəqilliyini və suverenliyini təmin edən amildir”.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan canlı yayımda xalqa müraciətində deyib.

“Bu yol asan deyil, həm xarici, həm də daxili təlatümlərdən keçir. Amma biz müstəqillik, dövlətçilik, gələcək naminə məhz bu yolu keçməliyik”, - o qeyd edib.

Baş nazir regionun dinc inkişafının vacibliyindən danışaraq, 1991-ci ilin dekabrında qəbul edilmiş Almatı Bəyannaməsinə toxunub və bu sənədin əsasında İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.

N.Paşinyan əlavə edib ki, Almatı Bəyannaməsindən imtinaya çağırış, əslində, Ermənistanın müstəqilliyi və ərazi bütövlüyündən imtinaya çağırış deməkdir.

Son xəbərlər

Orphus sistemi