Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır

Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionun digər ölkələrinə də fayda gətirəcək.
Region
16 Sentyabr , 2024 16:14
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
Nikol Paşinyan

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionun digər ölkələrinə də fayda gətirəcək.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Əminəm ki, sülhün benefisiarları təkcə Ermənistan və Azərbaycan deyil, Gürcüstan, Türkiyə və İran da ondan bərabər şəkildə faydalanacaq", - o vurğulayıb.

Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var.

N.Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan sülh sazişinin təxminən 80 %-ni razılaşdıra biliblər:

“Biz Azərbaycanı sənəd layihəsinin razılaşdırılmış müddəalarını imzalamağa, diplomatik əlaqələr qurmağa və yaxın vaxtlarda müzakirələri davam etdirməyi təklif etdik”.

Son xəbərlər

Orphus sistemi