​"Özbəkistan hava yolları" Kiyevə uçuşları dayandırıb

​"Özbəkistan hava yolları" Kiyevə uçuşları dayandırıb Buna səbəb Özbəkistanla Ukraynanın hava şirkətləri arasında razılaşdırılmış hava yollarının istismarına dair müqavilənin olmamasıdır
Region
4 May , 2015 10:31
​Özbəkistan hava yolları Kiyevə uçuşları dayandırıb

Bakı. 4 may. REPORT.AZ/ "Özbəkistan hava yolları" şirkəti ("Uzbekistan xavo yulları") bu ilin mayın 5-dən Kiyevə uçuşları dayandıracaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda şirkət məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Özbəkistanla Ukraynanın hava şirkətləri arasında razılaşdırılmış hava yollarının istismarına dair müqavilə olmadığına görə uçuşlar dayandırılacaq. Özbəkistan şirkətinin təmsilçisi qəbul olunmuş qərarın detallarına aydınlıq gətirməkdən imtina edib.

Məlumatda bildirilib ki, iki ölkənin şirkətləri arasında uçuş tezliyi məsələsində razılıq əldə edilmədiyindən 2014-cü il aprelin 1-də "Özbəkistan hava yolları" Kiyevə uçuşları dayandırmışdı. Ötən ilin iyulun 15-də isə uçuşlar bərpa olunmuşdu.

Xatırladaq ki, "Özbəkistan hava yolları" şirkəti dövlət müəssisəsidir. Aviaşirkət Avropa, Amerkia, Asiya, o cümlədən Yaxın Şərqin 21, MDB-nin isə 22 şəhərinə, habelə 11 yerli uçuşlar həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi