Rusiya müdafiə sənayesi müəssisəsinin rəsmisinin qətlinə cəhddə yeddi nəfər saxlanılıb

Rusiya müdafiə sənayesi müəssisəsinin rəsmisinin qətlinə cəhddə yeddi nəfər saxlanılıb Rusiya İstintaq Komitəsi Moskva vilayətində müdafiə sənayesi müəssisələrindən birinin top menecerinin şəxsi avtomobilində qətlinə cəhd işi üzrə araşdırma aparır. Üç yeniyetmə də daxil olmaqla yeddi nəfər saxlanılıb.
Region
25 Dekabr , 2024 12:16
Rusiya müdafiə sənayesi müəssisəsinin rəsmisinin qətlinə cəhddə yeddi nəfər saxlanılıb

Rusiya İstintaq Komitəsi Moskva vilayətində müdafiə sənayesi müəssisələrindən birinin top menecerinin şəxsi avtomobilində qətlinə cəhd işi üzrə araşdırma aparır. Üç yeniyetmə də daxil olmaqla yeddi nəfər saxlanılıb.

“Report” yerli KİV-lərinə xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda top-menecerin adı açıqlanmır.

Bildirilib ki, təşkilatçılar Ukrayna xüsusi xidmət orqanları olub.

Məlumata görə, bu ilin noyabr-dekabr aylarında naməlum şəxslər sosial şəbəkələrdəki mesencerlər vasitəsilə Perm diyarı, Moskva və Sverdlovsk vilayətlərinin sakinləri ilə əlaqə saxlayıblar. Onlar maşınqayırma müəssisəsinin aparıcı hərbi konstruktor bürosunun rəhbərlərindən birinin qətli üçün 1 milyon rubldan çox pul vəd ediblər. Saxlanılanlar avtomobilin altına partlayıcı qurğu yerləşdiriblər. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) cinayətkarları qurğunu quraşdıran zaman saxlaya bilib.

Saxlanılanlar müəssisə rəhbərinin avtomobilinin dayanacaq yerini müşahidə etməkdə, özəl partlayıcı qurğu hazırlamaqda və onu partlatmaq üçün yerləşdirməkdə ittiham olunurlar. İddia edilir ki, iş üzrə şübhəli şəxslər əvvəllər kütləvi saxta terror təhdidləri və Rusiya vətəndaşlarına dələduz zəngləri etmək üçün sim-bokslar quraşdırıblar.

FTX-nin məlumatına görə, ehtimal olunan cinayətkarlar etiraf ifadələri verir və istintaqla əməkdaşlıq edirlər.

Son xəbərlər

Orphus sistemi