Mövlud Çavuşoğlu və Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək 

Mövlud Çavuşoğlu və Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə edəcək.
Region
17 May , 2022 14:18
Mövlud Çavuşoğlu və Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə edəcək.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Müzakirələr Türkiyə-ABŞ Strateji Mexanizminin ilk toplantısı çərçivəsində baş tutacaq.

İclasda müzakirə olunacaq məsələlər siyahısında Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinin gedişatı da var.

Bildirilib ki, Ağ ev Ankara və İrəvan arasında qarşılıqlı xüsusi nümayəndələrin təyin olunmasını dəstəkləyir və iki ölkə münasibətlərinin normallaşması üçün aparılan danışıqları alqışlayır. Vaşinqton bu mövqeyini tərəflərə çatdırıb.

Toplantıda regionda baş verən proseslər barədə də fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, mayın 18-də Nyu-Yorkda E.Blinken və M.Çavuşoğlunun sədrliyi ilə Türkiyə-ABŞ Strateji Mexanizminin ilk toplantısı keçiriləcək. Toplantıda iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, habelə regional və qlobal məsələlərin müzakirəsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi