Moskvada gül anbarındakı yanğında ölənlərin sayı artıb
- 21 noyabr, 2022
- 03:19
Rusiyanın paytaxtı Moskvanın mərkəzində Komsomolskaya meydanında gül anbarında baş verən yanğın sonucunda ölənlərin sayı artıb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.
Beləliklə, yanğında ölənlərin sayı 7-yə yüksəlib.
03:05
Rusiyanın paytaxtı Moskvanın mərkəzində Komsomolskaya meydanında gül anbarında baş verən yanğın nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, daha bir nəfər isə xəsarət alıb.
Eyni zamanda İstintaq Komitəsi hadisəyə malların düzgün saxlanmaması və yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olduğunu açıqlayıb.
00:23
Rusiyanın paytaxtı Moskvanın mərkəzində Komsomolskaya meydanında gül anbarında baş verən yanğın nəticəsində 5 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
“Saat 23:13-də dağıntıların təhlili zamanı beşinci qurbanın cəsədi tapılıb”, - agentliyə deyib.
Eyni zamanda daha bir nəfərin taleyinin məlum olmadığını bildirib.
Qeyd edək ki, Komsomolskaya meydanındakı gül anbarında yanğın yerli vaxtla 15:00 radələrində başlayıb. Xilasedicilər binadan 7 nəfəri təxliyə ediblər. Yanğın nəticəsində birinci və ikinci mərtəbələr arasında tavanlar qismən uçub.
Hazırda yanğın lokallaşdırılaraq söndürülüb.