Moskvada onlarla insan koronavirusdan öldü
- 21 aprel, 2020
- 21:28
Moskvada daha 28 nəfər koronavirusdan ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinqi üzrə Operativ Qərargahı bildirib.
"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi, koronavirus testinin müsbət olduğu 28 pasiyent öldü”, - xəbərdə deyilir.
Qeyd edilir ki, ölənlər 30-93 yaşlı pasiyentlərdir. Onların əksəriyyətində digər xəstəliklər mövcud olub. Bununla da paytaxt xəstəxanalarında COVID-19 pandemiyası qurbanlarının sayı 261-ə çatıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.