Moskvada antiterror əməliyyatı rejimi tətbiq edilib - YENİLƏNİB

Moskvada antiterror əməliyyatı rejimi tətbiq edilib - YENİLƏNİB Rusiyanın paytaxtı Moskva şəhərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir.
Region
24 İyun , 2023 10:23
Moskvada antiterror əməliyyatı rejimi tətbiq edilib - YENİLƏNİB

Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsi məlumat yayıb.

“Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhəri, Moskva və Voronej vilayətləri ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib”, - komitədən bildirilib.

Qeyd edək ki, bu bölgələrdə antiterror əməliyyatı rejimi ilk dəfə olaraq tətbiq edilir.

Xatırladaq ki, antiterror əməliyyatı rejimi bir sıra tədbirlərin görülməsinə və müvəqqəti məhdudiyyətlərin tətbiqinə icazə verən hüquqi rejimdir. Bura sənədlərin yoxlanılması, ictimai asayişin mühafizəsinin gücləndirilməsi, telefon danışıqlarına nəzarət, mülkiyyət formasından asılı olmayaraq təşkilatlara məxsus avtonəqliyyat vasitələrindən istifadə, təhlükəli istehsalat müəssisələrinin fəaliyyətinin dayandırılması, rabitənin məhdudlaşdırılması, vətəndaşların müvəqqəti başqa yerlərə köçürülməsi, küçələrdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması daxildir. Bu rejim çərçivəsində silah və spirtli içkilərin satışı qadağan edilə bilər.

07:14

Rusiyanın paytaxtı Moskva şəhərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir.

“Report” xəbər verir ki, bu barədə Moskva şəhər meri Sergey Sobyanin bəyan edib.

"Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırıla bilər. Xahiş edirəm qəbul edilmiş tədbirlərə anlayışla yanaşın"-deyə, o bildirib.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.

Son xəbərlər

Orphus sistemi