Peskov: “Güc strukturları üsyana cəhdlə bağlı Putinə hesabat verir”

Peskov: “Güc strukturları üsyana cəhdlə bağlı Putinə hesabat verir” “Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Rusiya Qvardiyası gecə-gündüz Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir”.
Region
24 İyun , 2023 04:35
Peskov: “Güc strukturları üsyana cəhdlə bağlı Putinə hesabat verir”

“Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Rusiya Qvardiyası gecə-gündüz Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir”.

“Report” xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Rusiya Qvardiyası görülən tədbirlər barədə daim Prezidentə məlumat verir”, - deyə D.Peskov bildirib.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

Son xəbərlər

Orphus sistemi