Moldovanın Dnestryanı bölgəsində partlayış olub

Region
  • 25 aprel, 2022
  • 15:44
Moldovanın Dnestryanı bölgəsində partlayış olub

Moldovanın Dnestryanı bölgəsində partlayış baş verib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, hadisə Tiraspol şəhərində, separatçı respublikanın Dövlət Təhlükəsizlik Nazirliyinin binası yaxınlığında qeydə alınıb.

Bildirilib ki, binaya qumbaraatanlardan atəş açılıb.

Hadisənin Rusiyanın təxribatı olduğu ehtimal edilir.