Moldovalı ekspert: Yanvarın 8-dən sonra ölkədə qaz böhranı pik həddə çatacaq

Moldovalı ekspert: Yanvarın 8-dən sonra ölkədə qaz böhranı pik həddə çatacaq Ukraynadan qaz tranzitinin dayanması Moldovaya, əsasən də Dnestryanı əhalini çox çətin vəziyyətə salıb.
Region
6 Yanvar , 2025 10:24
Moldovalı ekspert: Yanvarın 8-dən sonra ölkədə qaz böhranı pik həddə çatacaq
Kornel Çurya

Ukraynadan qaz tranzitinin dayanması Moldovaya, əsasən də Dnestryanı əhalini çox çətin vəziyyətə salıb.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında moldovalı ekspert Kornel Çurya bildirib.

"Hazırda Dnestrin sol sahilində insanlar istiliksiz qalıblar. Onların istilik təminatını davam etdirmək üçün olduqca məhdud qaz ehtiyatları var. Artıq biz hər gün dayanmadan alternativ mənbələr axtarışındayıq. Yanvarın 8-dən sonra böhran pik həddə çatacaq. Düşünürəm ki, çıxış yolu kimi “Qazprom” başqa yollarla və daha ucuz Moldovaya qaz çatdıra bilər”, - ekspert vurğulayıb.

Onun sözlərinə görə, Moldovanın tezliklə tamamilə qazsız və istiliksiz qalacağı təhlükəsi artıb.

“Qısa müddətə həll yolunun tapılmasının yeganə yolu Avropa İttifaqının bizə dəstəyi ola bilər. Amma bu da enerji təminatımızı normal ödəməyəcək. Qərbi Avropanın elə imkanları yoxdur ki, qazsız qalan Şərqi Avropanı normal, özü də tezliklə təmin edə bilsin. Yeganə görünən həll yolu digər yollarla Rusiya qazının çatdırılması məsələsinin həllidir”, - Kornel Çurya bildirib.

Son xəbərlər

Orphus sistemi