Mirzоyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Region
- 29 may, 2025
- 17:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Haka ilə görüşüb.
Bu barədə “Report” Ermənistan KİV-inə istinadən məlumat verir.
Görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda mövcud vəziyyəti müzakirə ediblər.
Mirzоyan vurğulayıb ki, bu gün regionda möhkəm sülhün bərqərar olması üçün real imkan mövcuddur və Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması bu yolda mühüm tarixi mərhələ olacaq.
Tərəflər, həmçinin sülh gündəliyinin irəli aparılması üçün davam edən səylər barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilib.
Мирзоян обсудил с Джошуа Хаком ситуацию на Южном Кавказе
US, Armenian officials discuss South Caucasus
Son xəbərlər
05:47
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
Digər ölkələr
05:17
WSJ: ABŞ İranın Qeşm adasına zərbə endirib
Digər ölkələr
04:50
Brüsseldə Avropanın müharibədən sonrakı quruluşuna dair məsləhətləşmələr aparılacaq
Digər ölkələr
03:55
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
Digər ölkələr
03:43
Diyarbəkirdə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb
Region
03:41
"Bloomberg": ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək
Digər ölkələr
03:17
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalçısı Bakıya qayıdıb
Fərdi
03:00
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
Digər ölkələr
02:32
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
Digər ölkələr