Mançesterdə reperin konserti gözyaşardıcı qaz səbəbindən yarımçıq dayandırılıb

Digər ölkələr
  • 23 noyabr, 2026
  • 05:42
Mançesterdə reperin konserti gözyaşardıcı qaz səbəbindən yarımçıq dayandırılıb

ABŞ-li reper Don Toliverin Böyük Britaniyanın Mançester şəhərindəki konserti naməlum şəxsin tamaşaçılar arasında gözyaşardıcı qaz səpməsindən sonra vaxtından əvvəl dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə konsert iştirakçıları arasında təşvişə və basabas yaranmasına səbəb olub. Müğənni çıxışını dayandırmağa məcbur olub, hadisə yerinə isə təcili yardım xidmətlərinin əməkdaşları cəlb edilib.

Mançester polisi hadisə nəticəsində tamaşaçılardan heç kimin ciddi xəsarət almadığını bildirib.

Konsert 23,5 min tamaşaçı tutumuna malik qapalı "Co-op Live" arenasında keçirilib. Bu arena tutumuna görə Böyük Britaniyanın ən böyük qapalı konsert məkanı hesab olunur.