Məşhur futbolçu: Hakimiyyət İran xalqının vəziyyətinə laqeyd yanaşır

Məşhur futbolçu: Hakimiyyət İran xalqının vəziyyətinə laqeyd yanaşır Məmurlar Qəzza zolağı, Livan və ya İraq müsəlmanları haqqında düşünür, danışırlar, ancaq hakimiyyət İran xalqının vəziyyətinə laqeyd yanaşır.
Region
30 Sentyabr , 2024 10:01
Məşhur futbolçu: Hakimiyyət İran xalqının vəziyyətinə laqeyd yanaşır
Əli Dai

Məmurlar Qəzza zolağı, Livan və ya İraq müsəlmanları haqqında düşünür, danışırlar, ancaq hakimiyyət İran xalqının vəziyyətinə laqeyd yanaşır.

“Report” xəbər verir ki, bunu İranın məşhur futbolçusu, ictimai xadim Əli Dai Tehranda çıxan “Həməşəhri” qəzetinə müsahibəsində bildirib.

İran futbol tarixinin bombardiri müsahibəsində 51 nəfərin ölümü ilə nəticələnən Təbəs mədənində baş verən fəlakətdən, iqtisadi problemlərdən, sosial sahədə təminatın olmamasından, küçə oğurluğundan, məmurların səmərəsiz fəaliyyətindən, İran futbolunda korrupsiyadan da danışıb.

O, partlayışla bağlı deyib: “Təəssüf ki, o zaman mən prezidentin hadisə yerinə getməsinin videolarını gördüm. Mədənçilər ona problemləri danışdılar. Əgər bununla bağlı dərhal tədbir görülsəydi, belə hadisələr baş verməzdi”.

Əli Dai sözlərinə davam edərək deyib ki, onların həm iş yerlərinin, həm də ailələrinin təhlükəsizliyi təmin edilməlidir. Onun sözlərinə görə, hadisə nəticəsində ölənlərin ailələri çörək gətirənləri itirib: “Heç kim hadisə ilə bağlı düzgün cavab vermir. Bu işçilərin ailələri sığortalanmayıb”.

İranın futbol üzrə seçmə komandasının keçmiş baş məşqçisi fəhlələrin əməkhaqlarının azlığını vurğulayaraq deyib ki, mövcud ağır iqtisadi vəziyyət heç bir dərdi sağaltmayıb: “Bir başsağlığı ilə hər şeyi unuda bilmərik. Biz bu ailələrin yanında olmalıyıq. Bu, hökumətin məsuliyyətidir. Məmurlarımız danışanda Qəzza, Livan müsəlmanlarını, ya da iraqlıları düşünürlər”.

Son xəbərlər

Orphus sistemi