Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb Dağıstan hakimiyyəti hava limanında vəziyyəti nəzarətdə saxlayır və vətəndaşlardan Mahaçqala-Kaspiysk avtomobil yoluna getməməyi xahiş edib.
Region
29 Oktyabr , 2023 23:44
Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Rusiyanın Dağıstan Respublikasının hökuməti hava limanında vəziyyəti nəzarətdə saxlayır və vətəndaşlardan Mahaçqala-Kaspiysk avtomobil yoluna getməməyi xahiş edib.

"Report" xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Hava limanında baş vermiş insidentlə əlaqədar respublika sakinlərindən Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırmağı xahiş edirik”, - məlumatda deyilir.

Qeyd olunur ki, hava limanında vəziyyət nəzarət altındadır, təhlükəsizlik xidmətləri ərazidə işləyir.

Oktyabrın 29-da naməlum şəxslər Mahaçqala hava limanına daxil olaraq icazəsiz aksiya keçirməyə cəhd edib. Daha sonra hava limanı müvəqqəti bağlanıb. Faktla bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi