Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib

Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanın dəvətindən istifadə və İrəvana səfər edəcəyini bildirib.
Region
21 Yanvar , 2025 16:19
Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib

Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanın İrəvana səfər dəvətindən istifadə edəcəyini bildirib.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Mən mütləq İrəvana səfər dəvətindən istifadə edəcəyəm. Həmçinin nazir müavinləri arasında dialoqun müntəzəmliyini bərpa edəcək və dəstəkləyəcəyik", - o bildirib.

S.Lavrovun sözlərinə görə, tərəflər yaxın vaxtlarda diplomatik qurumlar arasında növbəti ikiillik məsləhətləşmələr planını hazırlamaq barədə razılığa gəliblər.

Bundan əlavə, o bildirib ki, Moskvan “3+3 məsləhətləşmə formatının işini perspektivli hesab edir: "Cənubi Qafqazın üç ölkəsi - Ermənistan, Azərbaycan, Gürcüstan və onların üç qonşusu Rusiya, İran və Türkiyə. Bu platformanı çox perspektivli hesab edirik".

Son xəbərlər

Orphus sistemi