Küveyt öz ərazisindən başqa dövlətlərə hücum üçün istifadə edilməsinə icazə verməyəcək.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Küveyt əmiri Navaf əl-Əhməd əl-Cabir əs-Sabah aprelin 2-də İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında bildirib.
İran Prezidenti İslam ölkələri arasında birlik və həmrəyliyi gücləndirəcəyinə ümid etdiyini söyləyib: “İslam təlimləri və ənənələrində vurğulandığı kimi, qonşularımızla yaxşı münasibətlərin gücləndirilməsinə böyük əhəmiyyət veririk”.
Küveyt əmiri, öz növbəsində, İranla əlaqələri gücləndirməyə çalışdıqlarını qeyd edərək deyib: “Qonşu və dost ölkələrlə daha dərin münasibətlərin qurulması üçün konstruktiv, pozitiv ismarışları, səyləri alqışlayırıq”.